SƏSDƏN İZOLYASİYA

Səs İzolyasiyası nədir?

Səs İzolyasiyası bir mühitdə meydana gələn səslərin başqa bir mühitə keçməsinin qarşısını almaq üçündür. Səs-küyün zərərli təsirlərindən qorunmaq üçün hazırlanır. Yaşayış yerlərini, məktəbləri, iş yerlərini və binaları xoşagəlməyən səslərdən izolyasiya edərək səs-küyün zərərli təsirlərindən qorunmaq; səsyazma studiyaları, kinoteatrlar, konsert salonları kimi yerləri istənilməyən səslərdən təcrid etmək və lazımi istifadə şəraitini yaratmaq; generatorlar, hidroforlar və radiatorlar kimi səs-küylü sahələri izolyasiya edərək ətrafa yayılmış səs-küyün azaldılması üçün izolyasiya olunan tətbiqə səs izolyasiyası deyilir.

Səs izolyasiyası əsasən səs-küyün insanlara zərərli təsirlərini minimuma endirmək üçün alınacaq tədbirləri əhatə edir. Səs nizamsız şəkildə qurulmuş, fərqli tezliklərə sahib olan və çox vaxt dəyişən istənilməyən bir səs toplusudur. Bir sözlə, narahat edən səs kimi tərif etdiyimiz səs-küy bu gün şəhərləşmənin təbii nəticəsidir.
Xüsusilə şəhərləşmənin planlaşdırılmadan həyata keçirildiyi bölgələrdə səs-küy insan sağlamlığına və rahatlığına zərər verən amillərdəndir. Yaxınlıqdakı bir fabrikin narahat edən səsləri, hava limanı ətrafındakı yaşayış məntəqəsində yüksək səs-küy, restoranların və klubların səsi, nəqliyyat səsləri və qonşularınızdan gələn səslər və bu kimi digər səslərdən yaranan vəziyyət Sizi narahat edir.

Bəzi proyektlərdə səs-küyün aşağı olması işin ən vacib tələblərindən biridir. Radio yayımı və musiqi studiyalarında səs səviyyəsinin aşağı olması, xəstəxanada xəstələr üçün sakit və dinc bir mühitin yaradılması, məktəbdə çöldən gələn səs-küyün kəsilməsi ehtiyacı bu kimi yerlərin layihələndirilməsi zaman həll edilməsi lazım olan amildir. Binalarda dinc bir mühit təmin etmək üçün səs-küylə mübarizə aparmaq lazımdır.

evimevimevimevimevimevimevimevimevimevim 

Səs izolyasiyanın aşağıdakı həlləri var:

  • Akustik izolyasiya- əsasən qapalı yerlərdə divar, döşəmə və tavana doğru gələn səsləri əks etdirən izolyasiyadır. Bu cür izolyasiyalarda yanmaz akustik lövhələr və kauçuk tərkibli süngərlər ən yaxşı nəticə verən materialardır.
  • Səs boğcu izolyasiya- divar, döşəmə və tavan ilə bir yerdən başqa yerə ötürülməsinin qarşısını almaq üçün həyata keçirilən bir prosesdir. Bu cür izolyasiyalarda daş yunu, mineral yun, şüşə yunu və püskürtmə üsulu ilə tətbiq edilən poleuretan köpük ən yaxşı nəticə verən materialardır.

Materiallar:

evimevimevimevimevimevimevimevimevimevim 

Səs küy rahatlığımız baxımından arzuolunmaz bir narahat edici vəziyyətdir. Bu narahatlıqdan əlavə fərdlərə psixoloji, fizioloji və inkişaf baxımından da mənfi təsirlər yaradır. Səs-küy, davranış pozğunluqları, iş səmərəliliyinin azalması, eşitmə itkisi, tinnitus və bəzi psixoloji xəstəliklərin səbəbi ola bilər.

Səs Nədir ?

Səs bir enerji növüdür, dalğalarla yayılır və cisimlərin titrəməsi ilə yaranır. Səsin bir nöqtədən başqa bir nöqtəyə çatması üçün mütləq maye və bərk cisimlər olmalıdır. Bərk cisimlərin vasitəsi ilə səs dalğaları daha sürətli yayılır. Səsin sürəti mühitin sıxlığı və temperaturuna görə dəyişir. Normal şəraitdə səs atmosferdə 340 m/s sürətlə hərəkət edir. Səsin sürəti maneələrə görə azalmağa başlayır. Cisimlərin titrəməsi ilə yaranan enerji şəkilindəki bir səsin bir saniyədə titrəməsinə tezlik (frekans), yaratdığı iki səs dalğası arasındakı müddətə periyor deyilir. Tezliyin sayı səsin yüksəkliyini göstərir. Səs təzyiqi səviyyəsi destibel (dB) ilə ifadə olunur.

Tezlik artdıqca, yəni saniyədə titrəmə sayı artdıqca səs daha da incəlir. İnsan qulağı 16 Hz ilə 20,000 Hz arasındakı tezlikləri qəbul edir. 16 Hz eşidilən ən qalın səsdir, 20000 Hz isə ən incə səsdir. Səs udma əmsalı, udulan (itirilən) səs enerjisinin səthə gələn səs enerjisinə nisbətidir. Bu dəyəri «0» və «1» arasında dəyişir. Bir səthin sahəsini həmin səthin səs udma əmsalı ilə vurmaqla əldə edilən qiymətə «səthin səs udması» deyilir.  Səthə gələn səs enerjisinin əks olunmayan hissəsi tərifə görə udulmuş (itirilmiş) sayılır. Səthin udma əmsalı «a» ilə simvollaşdırılır. Yumşaq, məsaməli materiallar və canlılar ətrafdakı səs dalğalarının   əhəmiyyətli bir hissəsinin udulmasına (itirilməsinə) səbəb olur. Səs bir materialdan keçəndə və ya bir səthə dəyəndə başqa bir formaya çevrilən səs enerjisi səsin udulması kimi təyin olunur. Bütün inşaat materialları səsi müəyyən dərəcədə udur.

BƏZİ MATERİALLARIN SƏSİ UDMA DƏYƏRLƏRİ:

Məhsul növü

Səs udma dəyəri

 (500 Hz)

Beton, Mərmər

0,01

Suvaq

0,02

Şüşə

0,03

Kərpic, Linolyum

0,04

Divar Kağızı

0,04

Süni Daşlar

0,05

Ağac

0,10

Salon Bitkiləri

0,11

Xalça (5 mm)

0,15

Divan kreslo

0,22

Pərdə

0,23

Ağac talaşlı Lövhələr  25 mm

0,23

İnsan

0,44

Səhnə Boşluğu

0,50

Poleuretan materiallar

0,90